public

Loading...

New Piktochart

published by elgiz_gunes

Want to create a visual like this?

Get Started
Elnarə Günəş
Durmadan artan intihar halları
2018
İntihara birlikdə yox deyək!

 Bu yaxınlarda rayonlardan birində 45 yaşlı Ərzuman Əliyev (Ad və soyad şərtidir) intihar edib. İntihar faktı ilə bağlı Hüquq mühafizə orqanlarından verilən məlumata görə intihar edən Ərzuman Əliyev narkotik aliudəçisi olub. Uzun illər Rusiya Federasiyasında yaşayan və ticarətlə məşğul olan Ərzuman son vaxtlar səhhəttində ciddi narahatçılıqları olduğu üçün Azərbaycana qayıdır. Kənd həyatı, təmiz hava, işgüzar həyat tərzi keçirmək istəsə də lakin burada narkotik istifadəçisi olduğu üçün münbit  şərait tapa bilmir. Üstəlik ailəsinin xeyli məbləğdə kredit borcunun olması, ailədə və banklar tərəfindən təpkilər ilə üzləşir. Nəticədə intihar edir. 
İntihar hadisəsi hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən işlər görür. 
Artıq bir neçə ildir ki, sentyabrın 10-u bir qayda olaraq Ümumdüny Səhiyyə Təşkilatının (DST) qərarı ilə intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Rəsmi statistikaya görə hər il 1 100 000 insan ozünə qəsd edir.Tədqiqatçılar qeyd edirlər ki, intihar (suisid) hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15-%-i intihar edir. 
Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharlarındaha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinəbaxmayaraq istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının vəYaxın Şərqin bir çox "yoxsul" ölkələrində intiharların səviyyəsi QərbiAvropanın "zəngin" dövlətlərinə nisbətən yetərincə aşağıdır. Həmçinin də daha çox iş həyatı yaşayan, iş rejimi, qrafiki sıx olan yerlərədə də intihar hallarının sayı artıq olur.  Bu da vaxt bölgüsünün düzgün qurulmaması, işlərin çoxluğu və insan əməyi ilə həll oluna bilməməsi, maddi sıxıntılarla bərabər bu amilllər də rol oynayır.  

Səbəb nədir? Banklar yoxsa artıq tamah...


Maddi tərəflərindən başqa intihar hallarının sosial tərəfləri də mövcuddur. Ətrafdakıların münasibəti, ailədəki münasibətlər mühüm rol oynayır. Bir çox ailələrdəünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınmasıüçün “məktəb psixoloqu”nun valideynlərləmütəmadi olaraq işləməsi zərurəti yaranır.  Nəzərə alsaq ki, məktəblərin də hər birində yetərincə psixoloji xidmətlər göstərmək üçün ixtisaslı kadrlar azdır məsələnin ciddiliyini daha aydın görmüş olarıq. Valideynləüçün xüsusimaarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq,telekanallarda yayımlanmaması məqsədədmüvafiq olardı



 Mütəxəsislər bildirir ki, hazırda dünyada və Azərbaycanda əhalinin 60%-nin kredit borcları mövcuddur. 
Ölkəmizdə kredit borcunu ödəyə bilməyən və bunun üçün banklar tərəfindən, xüsusilə də "Risk" departamentləri tərəfindən ciddi şəkildə sıxışdırılan vətəndaşlar var.  Vətəndaş krediti vaxtında götürüb lakin ödəmək iqtidarında deyil. Bank isə öz növbəsində Vətəndaşa krediti verərkən risk faktrlarını düzgün hesablamadığı üçün kredit ödənişində ciddi səviyyədə problemlər yaşanır. Həmçinin valyuta dəyişikliyi, xarici valyutanın artması və yaxud kreditin milli valyuta ilə verilib, xarici valyuta ilə yazılaraq  tələb olunması.  Heç bir imkanı olmayan və çətin duruma düşən vətəndaşın yeganə çıxış yolu intihar etmək olur. Yəni adamın gücü "Canına" çatır. Amma birmənalı olaraq kredit borcuna görə intihar edənlərin hamısını da bankın səhlənkarlığı kimi qiymətləndirmək olmaz. Bəzən vətəndaş ehtiyacından əlavə olaraq yüksək məbləğdə kredit borcuna girir və daha sonra da ödəmək istəmir.
Kredit borcunu manatla götürüb ABŞ dolları ilə ödmək məcburiyyətində qalan Ağsu rayon sakini Qarayev Xəyal (Ad və soyad şərtidir) 
Krediti təsərrüfatla məşğul olmaq, ailəmi dolandırmaq üçün götürüb. 24 ay müddətli kreditin  son 3 ayında manatın məzənnəsi endiyi üçün pulu dolların yeni dəyəri ilə ödəməyi tələb edilib.  Müştərinin dediklərinə görə yalnız o zaman bilib ki, bank onun savadsızlığından istifadə edərək müqaviləyə pulun ABŞ dolları ilə verilməsini yazıb  Həmin aydan borcunu ödəyə bilməyib. Həmin borc, onun faizi, faizin faizi, cərimə, ümumilikdə borcun 4 qatına qədər artıb. Dəfələrlə bankldan zəng edib təhdid ediblər.  Əlil uşaqların pensiyasından tutulacaq deyirlər.  Başqa yerdən gəliri yoxdur deyən Xəyal kredit borcuna görə intihar həddinə çatdırılıb. 
Göründüyü kimi kredit borcları ailə dramlarının səbələrindəndir. 


 

Təkidlə yaşamaq məcburiyyəti də intihara aparır...

Son zamanlar gənclərin intihar etməsi halları çoxalıb. Onların arasında toy etməyə hazırlaşan gənclər də var. Təkcə 2018-ci ilin ilk rübündə 3-4 nişanlı gənc intihar edib. 
Psixoloq Könül Telmanqızı məsələ ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, rayonlarda yaşayan gənclərimiz məcburi evləndirilir: "18-19 yaşında gənclərimiz öz istəkləri olmadan valideynləri tərəfindən nişanlanır. Amma bu dövrdə yeniyetmələrimiz gəncliyini təzə-təzə yaşamağa başlayır. Valideynlərin təkidi ilə evliliyə məcbur edilirlər. Artıq uşaq yüklənmələrə tap gətirə bilmir. Təsəvür edin ki, bir evdə bir neçə şəxs eyni sözü təkrarlayır. Bunun nəticəsində də insan beyni partlayış həddinə çatır. Partlayış nöqtəsi də intiharla nəticələnir. Müəyyən problemləri həll edə bilməyən insanlar hər zaman çıxış yolunu intiharda görürlər. Ailədəki anlaşılmamazlıq bəzən sonu xoşa gəlməyən hadisələrə çatdırır".
Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov vurğulayıb ki, Azərbaycanda baş verən intihar hadisələr anomik intihar tipinə aiddir. :İntihar hadisələr daha çox iqtisai çətinliklərlə bağlı olur. Ola bilər ki, gənclərimiz ailə qurmaq istəyir amma arzuladıqlarını həyata keçirə bilmir. Mənzil problemi ilə də bağlı ola bilər. Qızlarımız da istədiyi cehizi ala bilmirlər. Məhz sonda da intihara əl atırlar. Gənclərimiz toy etmədən də rəsmi nigaha girə bilərlər. Amma bizim cəmiyyətimizdə yaxşı qarşılanmayacaq". Gənclər bir məsələni unutmasınlar ki,  həyatda heç nə insan sağlamlığından daha vacib deyil.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
125-ci(özünün öldürməhəddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunmanəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olduğu üçün Dinimiz baxımından da intihar bəyənilməyəb və bağışlanılmayan əməldir.  Din xadimləri insanları intihar əməllərindən uzaq durmağa çağırırlar.
Odur ki, həyatda heç nə və heç bir iş insan həyatından daha dəyərli ola bilməz. Bunu həm özümüz qulağımızda sırqa etməli, həmçinin də kiçik yaşlılara, xüsusən də keçid dövrü yaşayan uşaqlara, olduqca ehtiyyatla vaxtaşırı çatdırmalıyıq. 
Elnarə Qasımova,
AJB-nin üzvü